Məhsullar
İT xidmətlərini, haqlı olaraq, bu gün ən çox tələbat duyulan xidmətlərdən birinə aid etmək olar. Bir çox istehsal prosesləri tam və ya qismən kompüter texnikasına ötürülür, internet vasitəsilə müqavilələr bağlanır və artıq alışdığımız əşyaların əksəriyyəti də elektron “tərkibli”dir. Bu gün müəssisədə yaxşı proqram təminatının və yüksək texnologiyalı avadanlığın olması keçici həvəs deyil, daim artan rəqabətin diktə etdiyi zərurətdir.

Bizim İT məhsullar kataloquna nələr daxildir?

Şirkətimizin İT məhsullar kataloqu – istənilən miqyaslı, kiçik və böyük biznes üçün təklif etdiyimiz vahid kompleks İT həll vasitələridir. “IT Solution” Sizin üçün konkret nə ilə faydalı ola bilər?
Server sistemləri
Kompyuter avadanlığı bazarının ən böyük seqmentlərindən biri olan server sistemi, şəbəkədə müəyyən xidmət funksiyalarının icra edilməsi üçün nəzərdə tutulub. Server sistemi sadə fayl anbarından və İnternetə çıxışın idarəedilməsindən başlayaraq, minlərlə mənbədən hərəkət edən məlumatların işlənməsi məsələlərinə qədər, həmçinin ofislərlə əlaqənin tənzimlənməsi məsələlərini həll edir.

Serverin quraşdırılması ilə şirkətimizin yüksək ixtisaslı mütəxəssisləri məşğul olur, şirkətin bütün IT infrastruktur fəaliyyətinin keyfiyyəti server parkının məhsuldarlığından və etibarlılığından asılıdır. Server komplekslərinin quraşdırılması zamanı, tətbiq olunmuş həllərdə, gələcəkdə dəyişikliklərin aparılması imkanının olması nəzərə alınmalıdır. Şirkətimiz tərəfindən quraşdırılmış və tənzimlənmiş server sistemləri, şirkətin cari ehtiyaclarını ödəmək məqsədilə yanaşı, həm də onun gələcək inkişafına yönəldilir.

IT Solutions şirkəti Windows və Linux platformaları üçün müxtəlif server həllərini təklif edir:


  • Ayrı korpusda yerləşən serverlər (Tower)

    - kiçik biznes və uzaqlaşdırılmış mühitlər üçün yararlıdır
  • Dayaqlara (rəfə) quraşdırmaq üçün serverlər (Rack)

    - kiçik və orta biznes, seqmentləşdirilmiş iş yükləmələri və biznes proqram təminatları üçün yararlıdır
  • Bleyd serverlər (Blade)

    - böyük mühitlərin konsolidasiyası, serverlərin, infrastrukturun və uzaqlaşdırılmış mühitlərin əvəz olunması üçün optimal həlldir
  • Müəssisə miqyasının serverləri (Enterprise)

    – ixtisaslaşdırılmış proqram təminatlarının intensiv iş yükləmələri, virtualizasiya və köhnəlmiş sistemlərin əvəzetmələri məqsədilə rəfə və blade-serverlərə quraşdırmaq üçün istifadə olunan serverlərdir
  • İnteqrasiya olunmuş sistemlər (PureFlex System)

    - hesablama, saxlama, şəbəkə, virtualizasiya və idarəetmə sistemlərindən əlavə, sizin infrastrukturunuzun optimallaşdırılması üçün resursların ehtiyaclarının proqnozlaşdırılması imkanlarını özündə birləşdirir
Şəbəkə avadanlığı

Şəbəkə avadanlığı kompyuter şəbəkəsinin təşkilatı üçün lazım olan qurğudur. Sizin rəqabətdə əldə edə biləcəyiniz üstünlüyünüz bilavasitə, müasir və effektiv telekommunikasiya həllərinin tətbiqindən asılıdır.

IT Solutions “Cisco systems” şəbəkə avadanlığı əsasında telekommunikasiya həllərinin geniş spektrini təklif edir:

  • Yüksək sürətli və etibarlı korporativ şəbəkələrin qurulması
  • Ofis infrastrukturunda fiziki qorunan şəbəkə mühitinin yaradılması üçün VLAN
  • Hot-spot. İctimai yerlərdə Wi-Fi texnologiyası vasitəsilə, İnternet şəbəkəyə simsiz bağlantı imkanının yaradılması.
  • Cisco avadanlığı əsasında idarə olunan simsiz şəbəkələrin qurulması
  • Cisco PIX Firewall şəbəkəarası ekranı əsasında korporativ şəbəkənin müdafiə olunması
  • Bir birindən uzaq məsafələrdə yerləşən müəssisə infrastrukturlarının bir şəbəkə mühitində birləşməsi
  • Müəssisələr üçün IP-telefoniya


Bizim menecerlərimiz avadanlığa və xidmətə aid olan, istənilən suallarınıza cavab verəcəklər. Texniki mütəxəssislər isə Sizə avadanlığın seçimi zamanı və gələcəkdə xidmət prosesində lazımi köməyi göstərəcəklər.

Организация беспроводного доступа к сети Интернет по технологии Wi-Fi в общественных местах Построение управляемых беспроводных сетей на базе оборудования Cisco Защита корпоративной сети на базе межсетевого экрана Cisco ASA Объединение инфраструктур удаленных территорий предприятия IP-телефония для предприятий Наши менеджеры ответят на любые Ваши вопросы, касающиеся оборудования и услуг. Технические специалисты помогут Вам при выборе оборудования и в дальнейшем окажут необходимую помощь в процессе эксплуатации.
Məlumatların saxlanılması sistemləri

“Fujitsu” şirkəti məlumatların saxlanılması sistemləri üzrə layihələri ilkin ideyadan tutmuş uğurlu tətbiqetməyə qədər reallaşdırır.

“Biznesə yönəldilmiş məlumatların saxlanılması sistemləri” strategiyasını istifadə edən “Fujitsu” şirkəti məlumat blokları səviyyəsində işləyən ETERNUS DX disk sistemlərini və ETERNUS məlumatların qorunması qurğularını işləyib hazırlayır və təchiz edir. Bununla müştərilərə həm həcmi artan məlumatları az xərclə idarə etmək, həm də yüksək etibarlılıq dərəcəsinə malik memarlığın və iş proseslərinin radikal surətdə sadələşdirilməsinin üstünlüklərindən istifadə etmək imkanı verir.

Ənənəvi təchizatçılar bazarın ilkin və orta seqmentləri, həm də “high-end” seqmenti üçün pərakəndə məlumatların saxlanılması arxitekturasını(quruluşunu) təqdim etdiyi halda, ETERNUS DX sistemləri məlumatların saxlanılmasının vahid şəkildə idarə edilməsini təmin edir. Arxitekturanın qurulmasına bu cür yanaşma müştərilər və tərəfdaşlar üçün faydalıdır. Belə ki, biznesin inkişafı ilə bağlı xərcləri azaltmağa, iş proseslərini sadələşdirməyə və sistemlərin universallıq dərəcəsini artırmağa imkan verir.

“Fujitsu” şirkətinin məlumatların universal və təhlükəsiz saxlanılması strategiyasının əsas tərkib hissəsi ehtiyat surətçıxarma və məlumatların arxivləşdirilməsi vasitələri də daxil olmaqla, məlumatların qorunmasını təmin edən İT-infrastrukturlarının radikal surətdə sadələşdirilməsidir. Sadələşmə ETERNUS CS məhsullarında reallaşdırılan və istifadəsi inkişafı sürətləndirən, iş proseslərini sadələşdirən və həllərə xidmət üzrə işin həcmini azaldan qurğuların yaradılmasını nəzərdə tutan yanaşma əsasında əldə olunur. Məlumatların ənənəvi şəkildə ehtiyatda saxlanılması üçün biz maqnit lenti üzərində toplayıcılar əsasında ETERNUS LT sistemlərini təqdim edirik.

“Fujitsu” şirkətinin texnologiyalarına və təqdim etdiyi geniş spektrli xidmətlərə məlumatların saxlanılması texnologiyaları sahəsində lider olan tərəfdaşların məhsulları da əlavə olunur və bu, müştərilərə məlumatların idarə edilməsi və qorunması üçün dinamik infrastrukturlar yaratmaq və istifadə etmək imkanı verir.
Ofis avadanlıqları və Orqtexnika
Müxtəlif növ problemlər üçün özünəməxsus, ixtisaslaşdırılmış kompyuter həlləri mövcuddur və məhz bu kompyuterləri əvəzolunmaz edən, hər birinin minimum bir üstünlüyünün olmasıdır:

Noutbukların portativliyi

Ofis kompyuterlərinin sadə və aşağı dəyərdə olması

Qrafik stansiyaların misilsiz məhsuldarlığı

Ofis avadanlığının (orqtexnikanın) vasitəsilə, ofis üçün sənədlərin dövriyyəsini sadələşdirən texnika



Müasir ofisi texnikasız təsəvvür etmək mümkün deyil:

  • Printer və plotterlər
  • Surət çıxardan aparatlar ( rizoqraflar, MFU) bir neçə dəqiqədə yüzlərlə surət çıxardır
  • Şreder - sənədlərin təhlükəsiz məhv edilməsi
  • Faks texnikası və ya sadə sənədlərin skayner və MFU-un köməyi ilə elektron poçt vasitəsilə uzaq məsafələrə ötürülməsi


IT Solutions şirkəti müxtəlif müştərilər üçün nəzərdə tutulmuş orqtexnika avadanlıqlarının geniş spektrini: ev istifadəçilərindən və kiçik ofislərdən başlayaraq, korporativ istifadəçilərə qədər təşkil etmək imkanına malikdir. IT Solutions şirkəti tərəfindən əldə edilmiş avadanlıqların keyfiyyətinə beynəlxalq zəmanət verilir. Əsas tərəfdaşlarımız: Dell, HP, Acer, Microsoft, IBM


CCTV Kameralar
IT Solutions şirkəti müxtəlif obyektlərdə, müəssisələrdə və idarələrdə videomüşahidə və təhlükəsizlik sistemlərinin layihələşdirilməsi və montajı üzrə xidmətlər təqdim edir. Videomüşahidə üçün obyektin təhlükəsizliyini təmin edən avadanlığın xüsusiyyəti və komplektasiyası sifarişçinin tələblərindən asılıdır. Videomüşahidə sisteminin standart konfiqurasiyası bir qayda olaraq, videokameradan,videosiqnalın qeyd olunmasından (DVR) və videomonitor qurğularından ibarətdir. Kommutatorlar, pult vasitəsilə idarə olunan kameralar və təhlükəsizlik sistemlərinin imkanlarını artırmağa icazə verən digər qəbuledicilər və köməkçi qurğular videomüşahidənin daha mürəkkəb sistemlərində istifadə edilir. İstifadə olunan avadanlığın növündən asılı olaraq videomüşahidə sistemləri analoq və rəqəmsal (IP) növlərinə ayrılır:

Videomüşahidə sisteminin analoq kameraları

Hal-hazırda videomüşahidə sistemlərinin əksəriyyətində analoq videokameralar quraşdırılır, onlar əlverişli qiymətə, konstruksiyanın sadə olmasına, videomüşahidə sisteminə rahat qoşulmağına və montajına görə seçilir. Simli və simsiz analoq kameraları daxili və xarici videomüşahidənin bir çox sistemlərində müvəffəqiyyətlə istifadə olunurlar. Onlar biznesin müxtəlif sahələrində videomüşahidə sistemlərində özlərini yaxşı tanıtmışlar. Bu kameralara olan tələbat onun sadə konstruksiyası, təsvirin yüksək etibarlılığı və keyfiyyəti nəticəsində əldə olunub.


Videomüşahidə sisteminin şəbəkə kameraları

Şəbəkə və IP kameraları videomüşahidə sisteminin qurulması üçün kiçik obyektlərdə istifadə edilməklə yanaşı, həmçinin iri obyektlərdə də istifadə olunurlar.


Videomüşahidə sistemi üçün IP kameralarının növbəti üstünlükləri aşağıdakılardır:


  • Daha yüksək imkanlardan istifadə;
  • Şəbəkə vasitəsi ilə audio və video məlumatların eyni zamanda ötürülməsi;
  • Şəbəkə vasitəsi ilə dönmələrin idarəedilməsi (fırlanan IP kamera üçün)
  • Əlavə kameraların qoşulması imkanı;
  • Analoq kameralarına məxsus olan siqnalın ikiqat konvertasiyasının olmaması;

IP şəbəkə kameraları növbəti növlərə bölünür:


  • Sabit
  • Fırlanan
  • Gümbəzli
Ödəniş Köşkləri
Özünəxidmət ödəmə terminalı ödənişlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Bugünkü günümüzdə xidmətin bu növünə tələbat çoxdur və bu sahədə istehlakçıların sayı daim artmaqdadır. Ənənəvi kassalarla müqayisədə ödənişlərin bu cür həyata keçirilməsi, işçilərin sayının azaldılması və kassirlərin ixtisarı ilə bağlı olaraq, xərcləri optimallaşdırır və adət edilmiş əlavə xərcləri əhəmiyyətli dərəcədə azaldır. Əgər siz belə biznesin sahibi olsanız, ödənişlərdən yığılan komissiyadan gəlir əldə etmək imkanına malik olacaqsınız.

Terminal vasitəsilə ödənişlərin qəbulu üzrə sistemin xidmətinin sxemi:


  • Müştəri pulu/kartı ödəmə terminalına daxil edir və qəbz çap olunur
  • Ödəniş haqqında məlumat ödəmə sisteminin serverinə ötürülür
  • Ödənişin məbləği terminalın sahibinin hesabından avtomatik çəkilir və xidmətlərin təchizatçısına köçürülür.
  • Terminalın sahibinə müştəridən komissiya haqqı ayrılır
IT Solutions şirkəti kompleks həllərin təqdim edilməsində ixtisaslaşır. Buna əsaslanaraq şirkətimiz avadanlığı təqdim etməklə yanaşı, Ödəniş terminalı üçün proqram təminatının hazırlanmasını və tətbiqini də həyata keçirir. İxtisaslaşdırılmış proqram təminatı, elektron köşklərini, sifarişçilərin ehtiyaclarına əsasən uyğunlaşdırmağa icazə verir.


Bizim köşklərimiz nədən ibarətdir:


  • Metal korpus
  • İstifadəsi rahat olan və ödənişi sürətli həyata keçirən antivandal sensorlu ekran
  • 24 saat internetə çıxışı təmin edən simsiz modem
  • Saxta pulları aşkar edən kağız pul qəbul edən cihaz
  • Dəmir pul qəbul edən cihaz
  • Plastik kartların oxunması üçün qurğu
  • Qəbzlərin çap olunması üçün printer
  • Müxtəlif standart sənədlərin və məktubların doldurulması üçün klaviatura
  • Plastik kartla ödəniş keçirərkən, Pin kodu daxil etmək üçün Pin-pad Xidmətlər üçün olan ödənişlərin çox hissəsi, məsələn, telefon bağlantıları artıq terminal vasitəsilə edilir.
  • İndi bu yerləri tutan şirkətlər gələcəkdə bu bazarın lideri olacaqlar.
  • Ödəmə terminalları lisenziyalaşdırmanı və xüsusi icazələrin alınmasını tələb etmir, bu da sabit və yüksək gəlir gətirir.
İnformasiya Köşkləri
Sensorlu informasiya köşkü müxtəlif informasiya resurslarına daxil olmaq üçün nəzərdə tutulmuş çoxfunksiyalı proqram-aparat kompleksidir. Rahat naviqasiya sistemi sayəsində köşk geniş bazada istənilən informasiyanı asan və tez tapmağa icazə verir.


Bu resurslara aiddir:

  • İnternet şəbəkəsi
  • İstinad materialları
  • Məlumat bazaları
  • Sifariş vermə sistemi
  • Bank hesabının idarə edilməsi
  • Malların sifarişi və.s

İnformasiya köşkünün tərkibi:

  • Zərbəyə davamlı metal korpus
  • Maye-kristallı sensorlu monitorlar
  • Köşkün korpusunda yerləşdirilmiş kompyuter
Bu həllin əsas təyinatı sizin təşkilatınızın məhsulları və xidmətləri haqqında geniş auditoriyanın məlumatlandırılması və xəbərdarlıq edilməsidir. Bizim şirkətimiz tərəfindən İnformasiya köşkləri üçün hazırlanmış proqram təminatı, servis xidməti çərçivəsində yenilənir və inkişaf edir. Sensorlu informasiya köşkü sifarişçinin tələbinə uyğun olaraq, şirkətimizin mütəxəssisləri tərəfindən hazırlanır, həmçinin, köşkün proqram təminatının funksionallığını dəyişdirərək terminalın imkanlarını genişləndirir.

İnformasiya köşkünün proqram təminatının əsas üstünlükləri:

  • İnterfeysin peşəkar dizaynı (hər bir müştəri üçün fərdi hazırlanmış)
  • Sadə və rahat istifadəsi (rahat müştəri menyusunun hazırlanması)
  • Platformanın sürətli genişləndirilməsi
  • Layihənin həyata keçirilməsinə hərtərəfli yanaşma (avadanlığın, onun üçün hazır proqram təminatının və sonrakı texniki xidmətin təmin edilməsi)
  • Uyğun qiymət siyasəti
Turniketlər
Turniket binaya daxil olan şəxslərin girişini təmin etmək üçün nəzərdə tutulmuş qurğudur. Obyektin və ya müəssisənin təhlükəsizliyinin təmin edilməsinin bu növünün üstünlüyü pult vasitəsilə uzaq məsafədən idarə etmə imkanına malik olmasıdır. Müəssisələrdə daha çox avtomatik turniketlərdən istifadə olunur. Hal-hazırda binaya daxil olan hər bir əməkdaş və ya şəxs girişə nəzarət sistemi tərəfindən aşkar edilir (kart, barmaq izləri və s. vasitəsilə).


IT Solutions şirkəti Sizə, tələblərinizə uyğun olan turniketlərin geniş spektrini təklif edir. Turniketlərin istehlak xüsusiyyətləri mühafizə səviyyəsinin tələblərinə uyğunluğu, keçirtmə qabiliyyəti, girişə nəzarət sisteminə qoşulması imkanının mövcudluğu, turniket keçidinin eni və digər erqonomik xarakteristikalarla təyin edilir. IT Solutions şirkəti tərəfindən təklif olunan turniketlər elm və texnika sahəsində ən yeni hazırlanmaların təcəssümüdür. Turniketlərin quraşdırılması keçid müəssisələri və təşkilatları, müxtəlif məktəblərin, təhsil müəssisələrinin, biznes mərkəzlərinin, fitnes-zalların girişi və s. bu kimi yerlərdə girişə nəzarətin təşkil edilməsi üçün istənilən vəziyyətdə praktik olaraq lazımdır.


Решения