Biznesiniz üçün lidlərin qenerasiyası
Lid – lendinq səhifədə, kuizlərdə (testlər, anketlər və ya kuizlər üçün saytlar) və ya sosial şəbəkələrdə reklam xarakterli paylaşımlarda yerləşdirilən lid-formada (əlaqə məlumatını əldəetmə forması) öz əlaqə məlumatlarını qeyd edən, məhsulunuzu və ya xidmətinizi almaq istəyən potensial isti müştəridir. Lidlərin qenerasiyası - nəticədə işiniz üçün hazır lidləri, yəni müştəriləri təmin edəcək bir-biri ilə əlaqəli bir sıra həll yollarını özündə cəmləşdirir. IT Solutions şirkəti müştərinin hesabına bütün həll çeşidlərini tətbiq edərək biznes üçün lidlərin qenerasiyasını qurur, bu da hazır lidlərin alınmasından daha sərfəli olur. Lakin sifarişçi isti müştərilər üçün daha böyük məbləğ ödəməyə hazırdırsa, o zaman biz öz hesabımıza bütün həll çeşidlərini tətbiq edərək hazır lidləri təklif edə bilərik.
Lidlərin qenerasiyası kompleksinə
hansı həllər daxildir:
hansı həllər daxildir:
Hədəf auditoriyanın müəyyənləşdirilməsi. Onlar kimdir, neçə yaşı var və hansı cinsin nümayəndəsidir, nə ilə maraqlanır, harada yaşayırlar, alıcılıq qabiliyyəti və s.
Potensial müştəriləri cəlb etmək üçün marketinq kampaniyasının və UST-nin inkişaf etdirilməsi.
Müştərinin əlaqə məlumatlarını əldə etmək üçün lid formalarının yerləşdiriləcəyi lendinq səhifənin və kuizlərin hazırlanması.
Reklam kampaniyası üçün kreativlərin (reklam bannerləri və paylaşımlar) hazırlanması.
Strategiyanın təhlili və düzəlişlər üçün tam bir dövrü ilə hədəfli və kontekstual kampaniyanın qurulması.
Lidlərin filtrlənərək müştərinin CRM-nə köçürülməsi həllinin hazırlanması, tətbiqi və inteqrasiyası.
İkitərəfli analitika imkanı üçün cağrı mərkəzi tərəfindən lidlərin işlənilməsi keyfiyyətinə nəzarət həllinin tənzimlənməsi.
Niyə IT Solutions-u seçməlisiniz?
Müxtəlif sahələrə aid bizneslər üçün lidlərin qenerasiyası həllərinin hazırlanmasında uzun illər təcrübəsi. Hər sahəyə fərdi yanaşma.
Azərbaycanda lidlərin qenerasiyasını peşəkarcasına həyata keçirən yeganə şirkətik.
Layihələrdə və uğurlu işlərdə böyük təcrübəyə malik olan Rusiyalı mütəxəssislər qrupu.
Qısa müddətdə işinizin gəlirini artırmağa imkan verən Agile və Scrum layihələrin idarə edilməsi üzrə müasir metodlarının tətbiqi.
Geniş çeşidli həllərin təmin edilməsi: veb saytın yaradılması və onun Google-da top 10-na çıxarılması üçün SEO tanıtımından, reklam kampaniyaları və lidlərin qenerasiyasına qədər.
Layihə büdcənizi pulsuz hesablayacıq!
E-poçtunuzu daxil etməmisiniz
Ad daxil etmədiniz
Заявка отправлена