Новости
02
09
13
Qələbə meydanında tunnelərin açılışı
“Qələbə” Tunellərdə ən innovativ müasir texnologiyalardan istifadə olunur.Tunellər yüksək texnoloji video tanıma və analitik sistemlərlə təhciz olunmuşdur. Sistemlər işlənmə mərkəzi kompleksinə qoşulan 36 video tanıma kameralarına qurularaq, məlumat panellərini (VMS) idarə edir. 4 tam rəng spektrini əks etdirən 4 matris panelləri tunellərin girişində və bir yolayrıcında qurulmuşdur. hər xətt üçün tavanın altında 9 kiçik panel qurulmuşdur. Tamamı ilə inteqrasiya olunmuş sistem tunneldə baş verən hadisələri tanıyaraq qeyd etməyə imkan verir (məsələn, xətt üzərində düşmüş əşyalar, piyadalar, əks istiqamətdə hərəkət, su basqını və s.)(VMS) panellərin vasitəsi ilə, xəbərdarlıq məlumatları yayımlayaraq sistem sürücüləri məlumatlandırır (məsələn sürət məhdudiyyəti nişanlarını dəyişməklə, dolama yol istiqamətini, bağlı zolaq və s. kimi məlumatları göstərməklə)Bütün qəza və digər hadisələr haqqında məlumat, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) ötürülür və ümumi şəhərin nəqliyyat idarəetmə sisteminə inteqrasiya olunur.