IT Servis
Öz fəaliyyətimizdə Sizin biznesiniz üçün uyğun olan insanlardan, prosseslərdən və informasiya texnologiyalarından istifadə etməyə üstünlük veririk. Təklif etdiyimiz həllər müştərinin bütün ehtiyaclarını ödəməyə imkan verir. Bizim şirkətimiz həllərin tətbiqi üzrə layihələr çərçivəsində, lisenziyalı proqram təminatının kompleks çatdırılmasını, həmçinin, proqramın tətbiqi üzrə digər xidmətləri: quraşdırılmasını, konfiqurasiyasını, istifadəçilərin təlimatlandırılmasını və proqram təminatının lisenziyalaşdırılmasını təklif edir. Şirkətimiz öz həllərində sifarişçinin istəklərini nəzərə almağa üstünlük verir.
Sizə təklif etdiyimiz xidmətlər:
Hər bir sifarişçi və ya sahə üçün proqram təminatının seçimi üzrə konsaltinq
Korporativ lisenziyalaşdırma proqramının sxemlərinin seçimi
Korporativ sifarişçilər üçün istənilən dünya istehsalçılarının proqram təminatının tətbiqi və təchizatı
Proqram təminatının tənzimlənməsi, konfiqurasiyası və texniki müşayiəti
Proqram təminatının lisenziyasının idarə edilməsinin optimallaşdırması üzrə xidmətli
İstifadəçilərin təlimatlandırılması
İnteqrasiya Həlləri
Nə üçün şirkətlər “IT Solutions”u seçir?
Müxtəlif çətinlik dərəcəli məlumatların ötürülməsi üçün, şəbəkələrin qurulması layihələrinin həyata keçirilməsi üzrə çoxillik təcrübə
Kommutasiya avadanlığının yaradılması və çatdırılmasından başlayaraq, quraşdırılması və təlimatlandırılmasına qədər, müxtəlif multiservis şəbəkələrinin qurulması
Layihələrin həyata keçirilməsində yüksək təcrübəli mütəxəssislərin iştirakı
Həm şəxsi həllərin və məhsulların, həm də vendor əsasında kənar istehsalçılardan alınan avadanlıqların inteqrasiyası
Şəxsi OSS/BSS həllərin və digər vendorlar əsasında sistemin şəxsi hazırlanmaları və həllərin inteqrasiyasi
IT Konsaltinq
İstənilən müasir biznesin müvəffəqiyyəti informasiya sisteminin düzgün seçimindən və onun işinin sabitliyindən asılıdır. IT Solutions şirkəti sizə, biznesin tələblərinə maksimal uyğun olan və bazarda şirkətin rəqabət davamlılığını təmin edən, IT sistemini seçməkdə kömək edəcək. Şirkətimiz kompleksli və strateji IT konsaltinqi həyata keçirir.
Bizim imkanlarımız:
IT strategiyasının və tətbiq olunmuş sistemlərin məhsuldarlıq göstəricilərinin işlənib hazırlanması
Prioritet olan IT məsələlərini, arxitektura və texnologiyada olan məhdudiyyətləri, malik olan resursları, korporativ informasiya sisteminin struktur modelinin müəyyən edilməsi və IT strategiyasının həyata keçirilməsi nəticələrinin, qiymətləndirilməsinin metodikalarının hazırlanması
Layihənin sifarişçinin tələblərinə uyğun olmasına nəzarət edilməsi, IT sahəsinə ayrılmış investisiyaların iqtisadi əsaslandırılması, investisiyalardan əldə olunan gəlirin və KİS-in mülkiyyət dəyərinin hesablanması
Biznes prosesləri haqqında korporativ məlumat bazasının hazırlanması və proseslərin idarə edilməsi metodlarının və yanaşmalarının təlimatlandırılması
Əməliyyat və kredit risklərinin idarə edilməsi
IT Outsourcing
Bizim şirkətimiz avadanlığın təmin edilməsindən və IT infrastrukturun qurulmasından başlayaraq, informasiya sisteminin bütövlükdə və ya onun müşayiəti və inkişafı proseslərinə cavabdeh olan hissəsilərinin idarə edilməsi ilə məşğul olur. Bununla da, sifarişçinin informasiya sisteminin xidməti və müşayiəti üzrə kompleks xidmətlərini göstərməklə, sizin vaxtınıza qənaət etməyə kömək edir. Bizim xidmətlərimiz sizə şəxsi IT mütəxəssislərinin komandasının saxlanılması üçün olan xərcləri azaltmağa icazə verir.
Xidmətlərin növləri:
Resursların təqdim edilməsi. IT mütəxəssislərindən ibarət qrup yaradılır və şirkətimizdə ixtisaslaşdırılmış kadrların defisitini örtür, müəyyən olunmuş müddətdə və miqdarda lazımlı profil üçün, yüksək səviyyəli mütəxəssislərlə təmin edir
Hazır proqram təminatının tətbiqi. Help, Desk, Service Desk, iş yerləri üçün proqram təminatının və istifadəçilərin işinin idarə edilməsi
Bölüşdürülmüş IT sistemlərinin idarə edilməsi. Ərazi cəhətdən bölüşdürülmüş komplekslərin və informasiya sistemlərinin dəstəyi
Uzaq məsafələrdə yerləşən ofislərin idarə edilməsi
IT infrastrukturunun idarə edilməsi. Sistem səviyyəsində sifarişçinin mövcud infrastrukturunun idarə edilməsi
Nə üçün şirkətlər “IT Solutions” seçir?
Bizim mütəxəssislərimizin təcrübəsi biznesin istənilən sferası üçün xidmət göstərməyə imkan verir və autsorsinq Həllərinin geniş spektrini təqdim edilməsi
Təklif edilən xidmətlər sifarişçinin konkret ehtiyaclarına uyğun olaraq göstərilir
Mütəmadi xidmət və dəstəyin səviyyəsinin inkişafı