Vebsaytın Google nəticələrində ilk sıralarda göstərilməsi üçün SEO tanıtım
SEO (Search Engine Optimization) - sayt optimallaşdırması və tanıtımıdır, beləliklə sayt Google və ya Yandex axtarış sistemləri nəticələrinin ilk səhifəsində görünür və bununla da saytın ziyarətçilərinin sayı artır. Saytın SEO üsulu ilə optimallaşdırılması - daxili və xarici optimallaşdırma üzərində qurulmuş işlərdir: strukturun və məzmunun optimallaşdırılması, aktuallığın artırılması, kodun təkmilləşdirilməsi və veb saytınıza istinad edən xarici amillərin yaradılması. Davranış amilləri, interfeyslərin istifadə rahatlığı və saytın yüklənmə sürəti istənilən nəticəyə nail olmaq üçün ən vacib meyarlardan biridir. Google və Yandex axtarış botları saytınızı istifadəçi kimi görür. Bunu nəzərə alaraq saytınızı istifadəçi üçün rahat etmək vacibdir ki, veb-səhifəniz axtarış sistemlərində ilk səhifədə göstərilsin.
Saytınızın SEO optimallaşdırılmasına
hansı işlər daxildir:
Sayt 100-dən çox əsas parametr üzrə auditdən keçir. Saytınızın İnternetdə tapılması üçün əsas sorğular üzrə semantik əsası toplanılır.
Saytın məzmununu toplanmış semantik əsasın əsas sualları üzrə optimallaşdırırıq. Kontent strategiyasından istifadə edərək ən optimal məzmunu müəyyən edirik.
Axtarış zamanı öndə çıxan rəqiblərin 100-dən çox göstərici üzrə tam təhlili aparılır ki, sizin saytınızda həmin göstəricilər artırılsın.
Axtarış sistemlərinin texniki tələblərinə uyğun olaraq saytınınzın sürətli və rahat, həmçinin, başa düşülən olması üçün saytın üzərində texniki işlər aparılır.
Xarici optimallaşdırma. Axtarış sistemlərinin tələblərini pozmadan saytınızın mövzusuna uyğun olaraq xarici saytlarda kontentinizə istinadlar yerləşdiririk.
Google və Yandex-in axtarış nəticələrinə dair ən son araşdırmalara əsaslanan SEO layfxakların tətbiq edilməsi.

SEO tanıtımın nəticələri hansılardır?

Birincisi, saytınızın Google, Yandex və Bing-in ilk səhifəsindəki Top-10-da axtarış nəticələri, ilk növbədə markanızın tanınmasını artıracaq. İkincisi, saytınıza pula çevrilən orqanik trafik əldə edirsiniz (malların və xidmətlərin satınalınması, konsaltinq və s.). Hətta top 10 səhifələr sirasına düşəndən sonra, saytınız rəqiblərdən gözəl və geniş skippet ilə fərqlənəcək, çünki insanlar axtarış nəticələrində daha cəlbedici saytları tıklayır. Axtarış sistemlərindən veb-saytınıza gələn orqanik trafik, bir qayda olaraq çox keyfiyyətlidir və probleminizi həll etmək, istədiyiniz məhsulu tapmaq və ya xidmət sifariş etmək üçün nəzərdə tutulur. Buna görə də saytın məhs bu cür istifadəçiləri tez-tez sifariş edir, satın alır, zəng edir və ya sizə lazım olan digər hərəkətləri yerinə yetirir.

SEO tanıtımının nəticələrini görmək üçün nə qədər vaxt lazımdır?

Saytın axtarış vasitəsilə tanıtımı vaxt aparan bir sıra işlərdən ibarətdir. Həmçinin, vaxt müddətinə saytın axtarış robotları tərəfindən yenidən indeksləşdirilməsi təsir göstərir, əldə edilmiş məlumatların toplanılması, tanınması və emal edilməsi kifayət qədər vaxt tələb edir. Orta hesabla saytın SEO tanıtımı ilk nəticələrin əldə edilməsinə gədər 4-6 ay aparır. Vaxt müddətinə saytın yaşı və tarixi, mövzunun rəqabətlik qabiliyyəti və müraciətlərin tezliyi, saytınıza gətirən link kütləsinin spamlanması, saytınızın işinin texniki tərəfi və IT Solutions mütəxəssislərinin hər gün həll etdiyi bir çox digər amillər təsir göstərir.

Niyə IT Solutions-u seçməlisiniz?
Veb saytın tanıtımında çoxillik təcrübə. Google və Yandex axtarış sistemlərinin bütün təkamülü gözümüzün qabağında baş verdi və biz də onlar ilə birlikdə inkişaf etdik. Biz veb saytların axtarış nəticələrində necə önə çıxarılmasını bilirik.
Azərbaycanda WordPress CMS (açıq mənbəli saytların idarə edilməsi sistemi və pulsuz lisenziya) ilə saytları tanıtdıran SEO şirkətləri arasında 1-ci yerdəyik.
Layihə sahəsində geniş təcrübəyə malik olan mütəxəssislərdən ibarət komanda.
Agile və Scrum layihələrin həyata keçirilməsində müasir metodları tətbiq edirik. Bu, qısa müddət ərzində yalnız işiniz üçün vacib və zəruri olanları etməyə imkan verir.
Tanıtım xidmətlərinin tam çeşidi. Kontekstual reklam, tarqetinq, SERM - İnternetdə şirkətinizin nüfuzunu artırmaq və idarə etmək.
Rəsmi tərəfdaşlar
IT Solutions Google-un rəsmi Premier Partnyorudur. Bu, şirkətimizin Google-un effektivlik tələblərinə cavab verməsi deməkdir. Bizimlə işləyərək mütəxəssislərimizin yüksək təcrübə və ixtisas göstəricilərinə əmin ola bilərsiniz.

Business Manager Facebook hesabının təsdiqlənmiş statusu, $1 milyonadək büdcəyə sahib olan hədəf auditoriyanıza tarqetinq reklamını istifadə etməyə imkan verir.

IT Solutions şirkəti Yandex.Direct, MyTarget və Bing ads təsdiqlənmiş tərəfdaşıdır. Hər il mütəxəssislərimizin 80% -dən çoxu imtahandan keçərək sistem haqqında biliklərini təsdiqləyir.

Layihə büdcənizi pulsuz hesablayacıq!

E-poçtunuzu daxil etməmisiniz
Ad daxil etmədiniz