Siqnalizasiya sistemi
IT Solutions şirkəti müştərilərinə təchiz edilən avadanlığın özündə etibarlılığı, keyfiyyəti həmçinin, istifadəsinin sadəliyini birləşdirən Mühafizə Siqnalizasiyası Sistemini təklif edir.
Bu sistemin əsas aspekti kənar şəxslərin müəssisəyə daxil olması haqqında vaxtında xəbərdarlıq etməsidir. Bütün mərhələlərdə icraçılardan xüsusi bilik tələb edən kifayət qədər zəhmətli bir prosesdir.
Bizim mütəxəssislərimiz mühafizə siqnalizasiyasının quraşdırılmasını yüksək səviyyədə həyata keçirirlər.
Mühafizə sisteminin quraşdırılmasından öncə təhlükəli yerlərin siyahısı aydınlaşdırılır, daha sonra isə, belə hallar yarandıqda, qarşısının alınması üçün görüləcək tədbirlər müəyyən olunur. Bundan sonra hansı mühafizə növü və onu texniki cəhətdən necə təşkil etmək müəyyən edilir və yalnız bu mərhələlərdən sonra mühafizə sisteminin quraşdırılmasına başlamaq olar. Mühafizə siqnalizasiya sistemlərinin tətbiqində zəngin təcrübəyə malik olan ixtisaslaşdırılmış mühəndislərimiz bu layihəni qısa müddətdə həyata keçirirlər. Biz öz Həllərimizdə sifarişçilərin fikirlərini və istəklərini nəzərə alırıq. Layihənin reallaşdırılmasında avadanlığın çatdırılmasını, quraşdırılmasını və gələcəkdə tənzimlənməsini təmin edirik.
Yanğına qarşı təhlükəsizlik sistemi
Yanğın siqnalizasiyası sistemi Sizin müəssisəniz üçün təhlükəsizliyin ümumi sistemində olan əsas elementdir. Bu sistemin məqsədi yanğını aşkar etmək və onu dərhal söndürməkdir. Sistem siqnalların ötürülməsi funksiyalarını yerinə yetirir və yanğın haqqında insanlara xəbərdarlıq edir.

Yüksək effektivlik üçün təhlükəsizliyin bu sistemini mühafizə siqnalizasiyası ilə birləşdirirlər. IT Solutions şirkəti sizə planlaşdırma, quraşdırma üzrə kompleks iş, həmçinin yanğın siqnalizasiyasının və xəbərdarlıq sistemlərinin texniki xidmətini təklif edir.
Bunlara aiddir:
Yanğın-mühafizə siqnalizasiyası sistemləri - hər hansı fövqəladə hallarda şüşənin sınması, qaz sızması, qapıların bağlanması haqqında məlumatlandırır
Yanğın - mühafizə siqnallarını qəbul edən və onlara nəzarət edən cihazlar, pultlar Yanğın-mühafizə qəbul-nəzarət cihazları (panellər)-həyəcan siqnallarının videomüşahidənin mərkəzi pultuna ötürülməsi üçün nəzərdə tutulmuşdur
Yanğın və mühafizə siqnallarını qəbul edən və onlara nəzarət edən cihazlar-bunlara işıq və səsli sirenalar, evakuasiya göstəriciləri və s. aiddir
Biz sizə xidmətlərin geniş spektrini avadanlıqların planlaşdırılmasını, təminatını, montajını və təklif edilən Yanğın siqnalizasiyası sisteminin texniki xidmətini təqdim edirik.
Videomüşahidə sistemi
IT Solutions şirkəti Sizə, obyektlərin təhlükəsizliyini təmin edən Videomüşahidə sisteminin avadanlığının geniş spektrini təklif edir. Bizim şirkətimiz yüksək səviyyəli xidmət və dəstək ilə Videomüşahidə sisteminin etibarlı həllərini təqdim edir. Spektrini təqdim edir: istənilən ölçülü obyektlər və inteqrasiya edilmiş təhlükəsizlik üçün videomüşahidə sistemləri, həmçinin istənilən çətinlik dərəcəli məsələlərin həlli üçün təhlükəsizliyin və videomüşahidənin ərazi cəhətdənbölüşdürülmüş kompleksləri, video təsvirin analizinin texnologiyalar əsasında tanımanın intelektual sistemləri, həmçinin avtomobil nömrələrinin tanınması, şəxslərin tanınması və.s.


Biz analoq və IP videomüşahidə sahəsində xidmət göstəririk. Videomüşahidə sistemi pərakəndə ticarət, yanacaq energetikası, kommunal xidmətlər, nəqliyyat və maliyyə müəssisələri kimi sahələr üçün mükəmməl Həlldir. Qanunsuz hərəkətlərin qarşısının alınması və pozuntuların minimuma çatdırılması üçün Videomüşahidə sistemlərinin tətbiqində ən müasir texnologiyalardan istifadə edirik. Bizim sistemlərimiz fövqəladə hadisələr baş verdikdə ən əhəmiyyətsiz detalları təsbit etməklə yanaşı, kadrların bir-bir baxılması və böyüdülməsi imkanına da malikdir.
Nə üçün bizim Həllərimizi seçməlisiniz?
Biz videosistem komponentlərində IT texnologiyanın inkişafını izləyirik və Sizə yığcam videomüşahidə sistemlərini təqdim edirik
Viza vermək və yüksək keyfiyyətli təsvirin alınması imkanı
Bizim video sistemlərimiz avtonom rejimdə fəaliyyət göstərir
Şirkətimiz ixtisaslaşdırılmış proqram təminatının hazırlanması və tətbiqi ilə məşğul olur, yəni, kompleks Həllər təqdim edir.
Giriş-çıxışa nəzarət sistemi
Giriş-çıxışa nəzarət sistemi vasitəsi ilə əməkdaşlarınız turniket və elektron qıfılla təchiz edilmiş qapılardan kartın köməyi ilə keçə bilərlər. Giriş-çıxışa nəzarət sistemi sayəsində hər bir işçi və ya işçi qrupu müəyyən olunmuş yerlərə daxil ola bilər, həmçinin bu sistem vasitəsilə əməkdaşların giriş-çıxış vaxtına da nəzarət etməyə imkan yaranır. Ştatdankənar vəziyyət yarandıqda sistem həyəcan siqnalı verir. Mühafizə zamanı bütün hadisələr, həyəcanlar, çıxışlar təsbit edilir və uzun müddət sistemin yaddaşında saxlanılır. Biz həllərimizdə Samsung və Gunnebo kimi aparıcı istehsalçıların proqram-aparat kompleksindən istifadə edirik.
Система безопасности